Bakı. Trend:
İqlim dəyişikliyinin mənfi fəsadları bütün bəşəriyyəti narahatedir. Bunun qarşısının alınması üçün ciddi addımların atılmasıbütün bəşəriyyət qarşısında duran vacib məsələdir.
Trend xəbər verir ki, busözləri Özbəkistan Prezidentinin İctimai və dini təşkilatlarlaəlaqələr üzrə dövlət müşaviri Müzəffər Kamilov Dünya diniliderlərinin qlobal Bakı Sammitində söyləyib.
O bildirib ki, zəhərli qazların atmosferə buraxılması, havanınçirkləndirilməsi insanların sağlamlığını təhdid edir. Araldənizinin quruması da dünyanın böyük ekoloji problemlərindənbiridir. Dənizin quruması, həmçinin yerli iqlimə mənfi təsirgöstərir.
“İqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzdairimiqyaslı layihələr, ciddi işlər həyata keçirilir. Ətraf mühitinmühafizəsi və qorunması çərçivəsində keçirilən Dünya diniliderlərinin qlobal Bakı Sammiti təqdir edilməlidir. Dinindən,millətindən asılı olmayaraq, bütün insanların səylərinibirləşdirməsi lazımdır”, - deyə M. Kamilov əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.