Hazırda Rusiyanın dezinformasiyası Amerikadakı seçkilərə ictimai etimadın pozulması üçün "ən fəal təhdiddir", - Turan-ın Vaşinqton müxbiri bildirib.
Bazar ertəsi axşam Milli Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və ABŞ Kibertəhlükəsizlik Agentliyi birgə bəyanatda xəbərdarlıq ediblər ki, "xarici əleyhdarlar, əsasən də Rusiya, ABŞ-da seçkilərə təsir göstərmək və ictimai etimadı pozmaq, amerikalılar arasında fikir ayrılıqlarını qızışdırmaq üçün əməliyyatlar aparır".
"Bu fəaliyyətin güclənməsi və tərəddüd dən ştatlara yönəldilməsi gözlənilir", - bəyanatda deyilir.
Seçkilərin legitimliyini pozmaq, siyasi fikir ayrılığına görə amerikalıların bir-birinə zorakılıq tətbiq etməsilə bağlı seçicilərə qorxu hissi aşılamaq üçün Rusiyanın sifarişi ilə video və saxta məqalələr hazırlanır.
ABŞ kəşfiyyat cameəsinin bəyanatı keçən həftə İnternetdə yayılmış saxta videoçarxdan sonra verilib. Videoçarxda yalandan səsvermənin nəticələrinin saxtalaşdırılması halları təsvir edilib. "Rusiyanın bu fəaliyyəti ABŞ-da seçkilərin düzgünlüyünü şübhə altına almaq və amerikalılar arasında fikir ayrılığını qızışdırmaq üçün Moskvanın daha geniş səylərinin bir hissəsidir", - bəyanatda deyilir.
İran da "ABŞ-da seçkilərə xarici təsir üzrə mühüm təhdiddir”.
"İranlılar da əvvəlki seçkilərdə etdikləri kimi, zorakılığı qızışdırmaq üçün saxta media kontent yaratmağa çalışırlar", -bəyanatda qeyd olunur.