Rusiyada İşim şəhərinin sakinləri Yevgeniya və Nikolayın on beşinci övladı dünyaya gəlib.
Medianews.az “Daily”a istinadən xəbər verir ki, qız Diana oktyabrın 29-da anadan olub.
O, çoxuşaqlı ailənin 15-ci övladı olub. Məlumata görə, ana və qızı hazırda perinatal mərkəzdədirlər və tezliklə evə gedəcəklər.
2023-cü ildə ailə dövlət mükafatlarına – “Ana Şöhrəti” və “Ata Şücaəti” titullarına layiq görülüb.