Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Beyruta humanitar yardımın ikinci partiyasını çatdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidməti məlumat verib.
“Rusiya fövqəladə hallar departamentinin xüsusi İl-76 təyyarəsi Beyruta ümumi çəkisi 19 tondan çox olan, içərisində zəruri əşyalar və dərmanların da olduğu humanitar yükü çatdırıb”, - Fövqəladə Hallar Nazirliyi bildirib.
Uçuş Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə həyata keçirilib.