AZ

COP29-a qara yaxmaq istəyənlər buna nail ola bilməyəcəklər - RƏY

COP29-a artıq 1 həftədən az bir müddət qalıb. Azərbaycan ev sahibliyi edəcəyi bu beynəxalq tədbirdə olduqca məsuliyyətli hazırlaşır. Lakin bəzi xarici qüvvələrin gözü bunu götürmür. Onlar hər veclə COP29-a qara yaxmağa, onun dünya mediasında nüfuzunu aşağı salmağa çalışırlar. Belə ki, "X" sosial media platformasında saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin sədr müavini Musa Qasımlı COP29 ərəfəsində ölkəmizə qarşı müxtəlif istiqamətlərdən, mərkəzlərdən başlanan qarayaxma, şər, böhtan kampaniyalarının səbəblərinə aydınlıq gətirib.

Milli Məclisin sədr müavini bildirib ki, bunun səbəblərini bilməkdən ötrü belə bir suala cavab vermək lazımdır. Dünya ekoloji fəlakətlərdən, onların qarşısının alınması yollarından danışır, Azərbaycan da dünyanı düşündürən bu problemlərin müzakirə olunduğu mərkəzə çevrilib. Deməli, Azərbaycanın gördüyü iş təkcə özünə deyil, bütün dünyaya faydalıdır. Ətraf mühiti çirkləndirən ölkələrin sırasında Azərbaycanın adı yoxdur. Belə olduğu təqdirdə, ortaya sual çıxır, belə qarayaxmaların, böhtanların səbəbləri nədir?

M.Qasımlı bütün bu iyrənc hücumların başlıca səbəbini Azərbaycan dövlətinin işğal altında olan ərazilərini tək başına azad etməsi olduğunu qeyd edib. Torpaqların işğaldan azad edilməsi ilə qazanılan qələbə təkcə Ermənistan, dünya erməniliyi deyil, onları müdafiə edən mərkəzlər və dövlətlər üzərində də qazanılan qələbə olduğundan, yaranmış vəziyyətlə barışmaq istəmirlər. Çünki, Azərbaycan dövləti həmin dövlətlərin yüzilliklər boyu planlaşdırdığı layihələri prezident İlham Əliyevin rəhbərliyi altında darmadağın etdi, dünyaya nümunə göstərdi. Ona görə də, həmin ölkələr, mərkəzlər Azərbaycana qarşı iyrənc təbliğat üsullarından istifadə edirlər. Ancaq bunların heç birinin nəticəsi olmayacaq, çünki, Azərbaycan haqq yolundadır, Azərbaycanın bütün xarici siyasəti beynəlxalq hüquqa, haqqa və ədalətə əsaslanır.

“COP-29 Azərbaycanda ən yaxşı şəkildə keçiriləcək, ölkəmizə böhtan atanların arzuları, niyyətləri qursağında qalacaq, Azərbaycan öz yolu ilə davam edəcək. Ölkəmizə qarşı belə çirkin kampaniyaya dövlət və hökumət qurumlarımız tutarlı cavab verirlər. Hesab edirəm ki, QHT-lər media bu işdə fəal olmalıdır”, - deyə M.Qasımlı vurğulayıb.

Aminə Nəzərova

Seçilən
14
operativmm.az

1Mənbələr