AZ

ABŞ yeni prezidentini seçir - Kim öndədir?

Xəbər verdiyimiz kimi, ABŞ-da son dövrlərin ən kritik prezident seçkisi - 60-cı ümumi seçki keçiriləcək.

Milli.Az xəbər verir ki, ölkə üzrə milli sorğuları tərtib edən Real Clear Politics (RCP) xəbər portalında son 14 sorğunun orta nəticələrinə görə, Kamala Harris və Donald Tramp 48,5 faizlə eyni səs payına malikdir.

Bütün seçki kampaniyası boyu bir-birinə çox yaxın olan iki namizəd onu göstərir ki, 2024-cü il seçkiləri "proqnozlaşdırılması ən çətin seçkilərdən biridir".

Sözügedən sorğular arasında iki rəqib NBC News, New York Post, Emerson və New York Times anketlərində bərabər xalda, Harris isə Reuters və Forbes kimi media orqanlarının sorğularında az fərqlə irəlidədir. Tramp isə Wall Street Journal və CNBC kimi media orqanlarının sorğularında az fərqlə irəlidədir.

Tramp Pensilvaniyada 0,3 xal, Corciyada 1,7 xal, Şimali Karolinada 1,5 xal, Arizonada 2,7 xal və Nevadada 1 xalla seçkidə birincidir. Harris isə Trampı Miçiqanda 1,2, Viskonsin ştatında isə 0,4 xal qabaqlayır.

Qeyd edək ki, ABŞ-da son dövrlərin ən kritik prezident seçkiləri olaraq xarakterizə edilən 60-cı prezident seçkilərində qalib gələn namizəd 20 yanvar 2025-ci ildə and içəcək və ABŞ-ın 47-ci prezidenti olacaq.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
14
3
milli.az

4Mənbələr