AZ

İrəvanda GƏRGİNLİK - Jurnalistlər Paşinyanın olduğu binaya BURAXILMIR

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda İrəvandakı "Dvin" otelində keçirilən "Sosial ədalətə gedən yol" adlı beynəlxalq konfransda iştirak edir.

Musavat.com “NEWS.am”a istinadən xəbər verir ki, bu tədbir Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi tərəfindən təşkil olunub.

Qeyd olunub ki, əvvəlcədən jurnalistlər bu tədbir üçün akkreditasiya olunsalar da, onlara otelin ərazisinə yaxınlaşmağa icazə verilmir.

Nazirlik əvvəlcə konfransın saat 11:20-də başlayacağını bildirsə də, son məlumatlara görə, tədbir artıq başlayıb və baş nazir Paşinyan iştirak edir.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr