AZ

Xəzərdə ACE platformasından ilk neft əldə olunub

Bakı. Trend:

Bu ilin aprelin ortalarında Xəzərdə AÇG yatağında quraşdırılmışyeddinci platforma olan yeni ACE platformasından ilk neft əldəolunub.

Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə daircari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatınaistinadən xəbər verir.

Məlumata görə, ACE platformasından ilk neft ötən ilin sonundaplatformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib.

Platformada hazırda iki quyudan gündə təxminən 19 000 barel nefthasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusununistismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatıntədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağıgözlənilir.

Bildirilib ki, ACE platforması texnoloji və rəqəmsal baxımdanbp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanıninnovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləriavtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz vəsəmərəli aparılmasını təmin edir.

Seçilən
19
1
az.trend.az

2Mənbələr