AZ

"Apple" "iPhone 16" satışı üçün İndoneziyaya 10 milyon dollar təklif etdi

"Apple" korporasiyası İndoneziya hakimiyyətinə ölkədə "iPhone 16" satışına qoyulan qadağanı aradan qaldırmaq üçün pul təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edilib ki, “Apple”ın vəsaitlərinin – ən azı 10 milyon dolların, xüsusən Bandunqda “Apple” smartfonları üçün aksesuar və komponentlər istehsal edəcək zavoda yatırılması planlaşdırılır.

Vurğulanıb ki, Amerika korporasiyaları "Google" və "Apple" komponentlərin milli uyğunluq sertifikatının tələblərini yerinə yetirənə qədər ticarət məhdudiyyətləri qalacaq.

Öz növbəsində İndoneziyanın sənaye naziri Agus Qumivanq Kartasasmita bildirib ki, "Apple" ölkədə “iPhone 16” satmaq üçün 15,3 milyon dollar investisiya öhdəliklərini yerinə yetirməlidir.

 

Seçilən
14
operativmm.az

1Mənbələr