AZ

Trendə çevrilən Dubay şokoladı zərərlidirmi? – EKSPERT

Bütün dünyada trendə çevrilən Dubay şokoladını baha olmağına baxmayaraq hər kəs dadmaq istəyir.
Bəs bu şokaladın zərərləri varmı?Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, son illər dəb halını almış Dubay şokaladının tərkibi əsasən çərəzlərdən, xüsusilə fıstıqdan, küncüt əzməsindən və ədviyyatlardan istifadə olunaraq hazırlanır.

Ekspertin sözlərinə görə, bu şokaladın dadını zənginləşdirmək üçün baldan və ədviyyatlardan bol miqdarda istifadə edərək hazırlanan Dubay şokoladları əgər keyfiyyətli şokaladdan, kakaodan hazırlanıbsa və tərkibində istifadə olunan yağlar insan orqanizmi üçün faydalıdırsa xüsusilə günün birinci yarısında digər qəbul etdikləri qidalara görə, kalori miqdarını keçməmək şərtilə qəbul etsələr orqanizmə faydalı ola bilər.

“Lakin diqqət edəcəyimiz bir çox məqamlar var ki, əgər onun içində istifadə olunan çərəzlərə qarşı hər hansı allergik reaksiyası olan insanlar bu kimi qidalardan uzaq durmalıdır. Yaxud da istehsalçı şirkət haqqında məlumatı olmayan, mənşəyi bəlli olmayan şokaladdan istifadə edirlərsə bu zaman onun tərkibində istifadə olunan doymuş yağlar ürək-damar xəstəliklərinə səbəb ola bilər. Digər bir məqam isə yüksək kalorili bir qida olduğuna görə, qəbul edərkən miqdarı keçməmək tövsiyyə olunur. Əks halda qəbul olunan artıq kalori artıq çəki almağa səbəb ola bilər”.

 

Dəniz Pənahova

Seçilən
57
tribunainfo.az

1Mənbələr