Saatların, zərgərlik məmulatlarının topdan və pərakəndə satışı, həmçinin onlara servis xidmətlərinin göstərilməsi fəaliyyətləri ilə məşğul olan "VMF" şirkəti 2024-cü ilin birinci yarısını (yanvar-sentyabr) 66 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında "VMF" şirkətinin satışdan cəmi gəliri 3 milyon 38 min manat, sair əməliyyat gəliri 5 min 85 manat təşkil edib. Qeyd olunan dövrdə Şirkətin cəmi gəlilrəri 3 milyon 50 min manat, cəmi xərcləri 2 milyon 984 min manat olub.
Qeyd edək ki, "VMF" şirkəti 2022-ci ili 426 min manat, 2023-cü ili 383 min manat xalis mənfəət ilə bağlamışdır. Beləliklə, "VMF" şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 43 min manat və ya 10% azalmışdır. Şirkət 2020-ci ildə 607 min manat, 2021-ci ildə isə 463 min manat xalis mənfəət əldə etmişdir. "VMF" şirkətinin əsas əməliyyat gəliri (satış) 2023-ci ildə 6 milyon 972 min manat olmuşdur.