Dağıstanda bəyin dostları əvvəlcə gəlini yerə yıxıb, sonra xalasının burnunu sındırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb. Bildirilir ki, noyabrın 3-də restoranların birində sensasiyalı toy baş tutub.
Dağıstanda bəyin dostları xəngəlsiz qaldıqları üçün gəlinin xalasının burnunu sındırıblar.
Bəy və dostları gəlini yerə yıxsalar da, macəralar bununla bitməyib.
Çılğın “Ləzginka”dan sonra onlar yemək istəyib, amma gəlinin xalası xəngəlin ertəsi günə təxirə salındığını söyləyib.
Cavab bəyin dostlarının xoşuna gəlməyib. “Dostlar”dan biri onlara yedirməkdən imtina etdiyi üçün qadının burnunu sındırıb.
Xuraman Etibarlı
İnterpress.az