AZ

“Ukrayna müharibənin əvvəlindən məğlub idi” -Keçmiş baş nazir

"Ukrayna hələ münaqişənin əvvəlindən uduzmuş vəziyyətdə idi".

Bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Telegram kanalında bildirib.

O qeyd edib ki, "Nəzərə almalıyıq ki, Ukrayna üçün vəziyyət əvvəldən məğlub kimi idi". 

Ukraynanın keçmiş baş nazirinin sözlərinə görə, ölkədə insanları zorla cəbhəyə aparan hərbi komissarların özləri də gec-tez döyüşə gedəcəklər. Azarov qeyd edib ki, onların sayı azdır, keçmiş hərbi komissarlıq işçilərini bir yerə toplasan bir briqada edər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
9
news365.az

1Mənbələr