AZ

Livanın baş naziri: “İsrail bütün atəşkəs təkliflərini rədd edir”

Livanın baş naziri Nəcib Mikati beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünü dayandırmağa çağırsa da, İsrailin atəşkəslə bağlı bütün təklifləri rədd etdiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, Baş nazirlikdən verilən açıqlamaya görə, Mikati beynəlxalq ictimaiyyəti İsraili dayandırmaq üçün kifayət etmədiyi üçün tənqid edib.

Mikati beynəlxalq ictimaiyyəti İsrailə maksimum təzyiq göstərməyə çağırarkən, Livanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsinə sadiqliyini və Livan ordusunu cənubda gücləndirmək təklifini təkrarladı və atəşkəs təşəbbüslərini alqışlasalar da, İsrail atəşkəs üçün həll təkliflərini rədd edərək, bunun hücumların sayını artırdığını və hətta arxeoloji obyektləri hədəf aldığını qeyd edib.

Hökumətin ordunu 1500 yeni heyətlə gücləndirməyə qərar verdiyini və qarşıdakı kabinet iclaslarında əlavə addımların müzakirə ediləcəyini bildirən Mikati, Səhiyyə Nazirliyinin İsrailin hava hücumları nəticəsində səhiyyə sektorundakı dağıntıları təfərrüatlı bir hesabat təqdim etdiyini bildirib.Xarici İşlər Naziri Abdullah Buhabibin də iştirak etdiyi iclasda BMT Təhlükəsizlik Şurasının və Avropa Birliyinin beş daimi üzvünün iştirak etdiyini bildirib.

Mikati Livanın şərqindəki Baalbek və cənubundakı Surdakı mədəniyyət obyektlərinə dəyən ziyandan ciddi narahatlığını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının bu sözləri ilə hərəkətə keçməyə çağırıb:

"Təkcə milli kimliyimizin bir parçası deyil, həm də qlobal tarix üçün mühüm əhəmiyyət kəsb edən bu tarixi sərvətlərin qorunması üçün tez və qətiyyətlə tədbirlər görülməlidir. Bu yerlərin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək üçün birgə fəaliyyət göstərməyimiz zəruridir".

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
21
turkustan.az

1Mənbələr