AZ

Trampın qələbəsi onu cinayət ittihamlarından qoruyacaq - "FT"

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın qələbə qazanması siyasətçiyə ona qarşı qaldırılan cinayət işlərinə xitam verməyə şərait yaradacaq. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.

"Tramp Ağ Evə geri qayıdarsa, Ədliyyə Departamentinə ona qarşı açılan işlərdən imtina etməsi üçün təzyiq etməyə dair bir neçə yol tapacaq. Çünki bu, icra hakimiyyətinin nəzarət edəcəyi bir sahədir", - məqalədə deyilir.

Müəlliflər qeyd ediblər ki, o, qalib gələrsə, Tramp yeni baş prokuror təyin etməli olacaq. Namizəd kimi Ağ Evin keçmiş rəhbəri ona qarşı bütün iddiaları rədd edə biləcək bir şəxsi seçə bilər.

"Georgetown" Universitetinin Hüquq fakültəsinin professoru Paul Butler qeyd edib ki, Tramp seçkilərdə qalib gəldikdən sonra hətta özünü də əfv edə bilər...

Tural

Seçilən
15
news365.az

1Mənbələr