Rusiyada yaşayan milyarder Vahid Ələkbərovun sahibi olduğu "Yelobank"ın baş ofisinin qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılanıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bayrağın yerə düşməsi və bank rəhbərliyi tərəfindən vaxtında tədbir görülməməsi hörmətsizlik kimi dəyərləndirilib.
"Ümumiyyətlə, bu bankın fəaliyyəti ilə bağlı ciddi söz-söhbətlər dolaşmaqdadır. Hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik orqanları bu məsələni nəzarətə götürəcək və bankla bağlı araşdırmalara başlayacaqlar", - o qeyd edib.