Ukrayna yanvar ayında kriptovalyutanı tənzimləyən qanun qəbul edə bilər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının Ukrayna versiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukraynada 2025-ci ilin yanvarında kriptovalyutanın tənzimlənməsi və bağlı onun vergiyə cəlb edilməsinə ilə bağlı qanun qəbul oluna bilər.
Qeyd edək ki, Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev oktyabr ayında Ukraynada kriptovalyutanın leqallaşdırılması ilə bağlı qanun layihəsinin hazırlandığı bildirib. Onun sözlərinə görə, kriptovalyutanın 2025-ci ilin birinci yarısında leqallaşdırılması planlaşdırılır.