AZ

İsraildə məxfi məlumatların sızması ilə bağlı qalmaqal - Netanyahunun köməkçisi saxlanılıb

İsrailin Baş naziri Benyamin Netanyahunun keçmiş mətbuat katibi gizli hərbi sənədləri jurnalistlərə ötürməkdə ittiham edilərək saxlanılıb. Bu, hazırda Həmas tərəfindən Qəzza zolağında saxlanılan girovların qaytarılması üzrə danışıqları təhlükə altına qoya bilər.Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, işə baxan Rişon Lezion məhkəməsinin qərarında göstərildiyi kimi, Eliezer Feldstein informasiya sızmasında əli olan dörd şübhəlidən biridir, digər üçü isə İsrail təhlükəsizlik xidmətinin əməkdaşıdır.

Məlumata görə, sızma ilə bağlı vəziyyət İsrail müxalifət liderlərini Netanyahunun həmin işdə özünün mümkün iştirakı ilə bağlı sualı açıq şəkildə qaldırmağa vadar edib, amma, baş nazirlik bu cür fərziyyələri qəti şəkildə rədd edir.

Xatırladaq ki, sentyabr ayında İsrail Daxili Təhlükəsizlik Xidməti və ordusu sızma ilə bağlı ayrıca daxili araşdırmalara başlayıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr