“Sənəd üzərində iş yekunlaşmadığından təfərrüatları açıqlaya bilmərik, amma əsas ideya “Dünyanın kəsişməsi” layihəsinə uyğun yolların açılmasıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bu gün, noyabrın 5-də parlamentdə jurnalistlərlə söhbətində ötən gün xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan tərəfinə komminikasiyaların açılması, o cümlədən sadələşdirilmiş prosedurlar barədə təkliflərlərədn danışarkən deyib.
O bildirib ki, digər təkliflər irəli sürülüb:
“Burada qeyri-adi elementlər yoxdur və söhbət mümkün qədər kommunikasiyaların açılmasından gedir. Əsas odur ki, təhlükəsizlik baxımından və ya başqa formada üçüncü tərəfin nəzarəti istisna olunsun, Ermənistanın suverenliyi və bu marşrutlar üzərində total nəzarət qorunub saxlanılsın”, - deyə nazir müavini bildirib.
Paruyr Hovhannisyan “Azərbaycanla danışıqlarda hansı yeniliklər var?” sualına belə cavab verdi:
“Son vaxtlar çox intensiv görüşlər oldu, amma indiyə qədər nəticələr barədə danışa bilmərəm, amma siz də müşahidə etmisiniz ki, dövr görüşlər baxımından görünməmiş dərəcədə aktiv olub”.
O, həmçinin əlavə edib ki, son təkliflər paketi Azərbaycana göndərilib və İrəvan cavab gözləyir.