İsraildə casus axtarışları davam edir
İsrailin İrana hücumu ilə bağlı təlim məlumatlarının sızdırılması Təl-Əvivdə hələ də müzakirə predmetidir.
Reyting.az xəbər verir ki, müxalifət liderləri sızmanın arxasında baş nazir Benyamin Netanyahunun ofisinin olduğunu iddia etsə də, baş nazirlik bu ittihamlarla razılaşmır.
Sızıntıdan sonra məhkəmə bir neçə şübhəlini “İsrailin Qəzzadakı hədəflərinə zərər vurmaq” ittihamı ilə həbs edib. Həbs olunanlararasında baş nazirliyin sözçüsü Əli Feldstein və bir kəşfiyyatçının da olduğu bildirilir. Amma Netanyahunun ofisi bəyan edib ki, baş nazirlikdən heç kim həbs olunmayıb.
“Walla News” internet saytındakı xəbərdə sızıntı səbəbiylə baş nazirlik ilə İsrail polis təşkilatı arasında gərginlik yarandığı qeyd edilib. Gərginliyə səbəb kimi Yossi Şelli adlı keçmiş diplomat və kəşfiyyatçının adı hallanır. İddialara görə, Şelli təhlükəsizlik məsələləri ilə maraqlanıb və Netanyahu ilə görüşlərdə iştirak edib.
Londonda çıxan “Şarqul Avsat” qəzeti adı açıqlanmayan mənbələrə əsaslanaraq xəbərlərində Sinvarın 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzzadakı vəziyyəti ilə bağlı təfərrüatlara yer verib. Sinvarın ailəsini İsrailin hücumlarına görə daha təhlükəsiz olduğunu düşündüyü bölgəyə göndərdiyi və 1,5 ayda bir məktubla onlarla əlaqə saxladığı ifadə edilib.
Həmçinin iddiaya görə, Sinvarın cəsədinin yarılması nəticəsində bəlli olub ki, o, öldüyü hücumdan 3 gün əvvələ qədər qida qəbul etməyib.
Qeyd edək ki, Sinvar oktyabrın 16-da Qəzzanın cənubundakı Rəfahda İsrail əsgərləri ilə toqquşmada həyatını itirib.
V. QULİYEV