AZ

Təcili Tibbi Yardım avtomobilləri xəstələri bütün xəstəxanalara apara bilərmi? VİDEO

Bəzi xəstəxanalar təcili tibbi yardım briqadalarının gətirdiyi xəstələrdən imtina edirlər.

Son günlər “Xəbər Ertəsi”nin qaynar xəttinə də bu məzmunda nəzərəçarpacaq qədər mesajlar daxil olur. 

Qaynar xəttə müraciət edən Yaşar Şahbazov iddia edir ki, qardaşı qaraciyər sirrozundən əziyət çəkirdi. Bir gün vəziyyəti ağırlaşdığından  təcili tibbi yardım briqadası çağırdılar. Həkimlər onun xəatəxanaya yelrləşdirilməli olduğunu söylədilər.

Burada bir məqam da maraqlıdır – xəstəni hər istədiyi xəstəxanaya aparmaq olmur. Təcili yardım ancaq 2-3 stasionarla çalışır.

Tibbi ekspert Adil Qeybulla deyir ki, dövlət xəstəxanaları ilk növbədə təcili tibbi yardım briqadalarının gətirdiyi təxirəsalınmaz xəstələri qəbul etməlidir. Lakin təəssüf ki, əsasən paytaxtda yerləşən dövlət xəstəxanalarında təlabatı qarşılayacaq qədər boş yerlər yoxdur.

Məsələ ilə bağlı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət etdik. Qurumdan bildirildi ki, xəstələrin əsasən Kliniki Tibbi Mərkəzə və ya Sabunçu xəstəxanasına aparılmasının başlıca səbəbi adı çəkilən müəssisələrdə yaradılmış tibbi imkanların daha geniş olmasıdır.

TƏBİB-dən bildirildi ki, cari ilin yanvar-sentyabr ayları ərzində Təcili yardıma  18 milyona yaxın  müraciət daxil olub ki, onlardan yarım milyona yaxını stasionar müalicəyə yönləndirilib.  Təlabatın çoxluğunu nəzərə alaraq da, çarpayı fonduna yenidən nəzər yetirilir – deyən TƏBİB rəsmisi,  yaxın gələcəkdə yerlə bağlı problemlərin yaranmaması üçün müəyyən işlər görüldüyünü əlavə etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
1
xezerxeber.az

2Mənbələr