AZ

İDDİA: Netanyahu buna görə HƏMAS üzvlərinə milyonlarla dollar verəcək

İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin Qəzza zolağındakı israilli məhbusların azad edilməsi müqabilində HƏMAS üzvlərinə "milyonlarla dollar" və "Qəzzadan təhlükəsiz çıxış" zəmanəti verəcəyi iddia edilib.

Turkustan.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 395 gündür davam edərkən, Qəzza zolağında əsir mübadiləsi də daxil olmaqla, atəşkəs razılaşması üçün səylər davam edir.

İsrail mətbuatında yer alan xəbərlərdə İsrail Baş naziri Binyamin Netanyahu hökumətinin Qəzza zolağındakı israilli məhbusların azad edilməsi müqabilində Həmas üzvlərinə "milyonlarla dollar" və "Qəzzadan təhlükəsiz çıxış" zəmanəti verəcəyi iddia edilib.

Xəbərdə iddia edilib ki, Netanyahu dünən axşam keçirilən təhlükəsizlik toplantısında Həmas üzvlərinə azadlığa buraxılan hər məhbus üçün milyonlarla dollar verilməsi və onların ailələri ilə birlikdə Qəzza zolağından təhlükəsiz keçidə zəmanət verilməsi barədə göstəriş verib.

Eltac Zülfüqaroğlu/Turkustan.az.

Seçilən
24
50
turkustan.az

10Mənbələr