AZ

Ermənistan Xarici İşlər Nazirliyi: Yerevan kommunikasiyaların açılması barədə təklifləri Bakıya verib

Bu günlərdə Bakıya verilmiş sülh sazişinin sonuncu redaksiyasının əsas ideyası Ermənistan və  Azərbaycan arasında kommunikasiyaların açılması prosedurlarının sadələşdirilməsidir. Bu barədə noyabrın 5-də Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə bildirib.

"Söhbət kommunikasiyaların maksimum açılmasından gedir. Əsas odur ki, üçüncü tərəfin yola nəzarəti istisna olunur, Ermənistanın suverenliyi və bu yollara nəzarəti qalır", - nazir müavini deyib.

Son təkliflər paketi Azərbaycana göndərilib və Yerevan cavab gözləyir, o əlavə edib.

Seçilən
17
turan.az

1Mənbələr