AZ

Moldovada müxalifət seçkinin nəticələrini dəyişdirə BİLMƏYƏCƏK - SƏBƏB

“Moldova müxalifəti prezident seçkilərinin nəticələrini dəyişdirə bilməyəcək”.

Qaziler.az bildirir ki, bunu politoloq Yuri Svetov “NEWS.ru” ilə söhbətində əminliklə qeyd edib.

Ekspert vurğulayıb ki, dövlət başçısı Maya Sandunu artıq qələbəsi münasibətilə Avropa İttifaqının rəhbərliyi və ABŞ prezidenti Co Bayden təbrik edib. Politoloqun sözlərinə görə, həmin tərəf birmənalı olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirdiyinə qərar verib.

Böyük miqyaslı saxtakarlığın sübutu artıq Moldovada prezident seçkilərinin nəticələrini dəyişməyəcək. Sandunu Avropa İttifaqının rəhbərliyi və Bayden qələbəsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, o tərəf açıq şəkildə vəzifəsini yerinə yetirdiyinə qərar verib, Sandunu ikinci müddətə seçib və heç bir dəyişiklik olmayacaq”, - Svetov izah edib.

Politoloqun fikrincə, müxalifət bundan ibrət dərsi almalıdır, yəni birləşsələr, qalib gəlmək şanslarını artıra bilərlər.

“İndi onlar bütün güclərini parlament seçkilərinə hazırlaşmağa sərf edəcəklər. Çünki Moldovada prezidentin səlahiyyətləri kifayət qədər məhduddur. Əgər onlar parlamentdə daha çox səs toplayıb öz hökumətlərini yaratsalar, Sandunun istədiyi kimi davranmasına mane ola bilərlər. Məsələn, Gürcüstan hökuməti belə davranır, Salome Zurabişvilinin Qərbdən tələb etdiyi kimi hərəkət etməsinə imkan vermir”, - politoloq fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Seçilən
5
qaziler.az

1Mənbələr