2024-cü il Paris Olimpiadasında qadınlar arasında 66 kq çəki dərəcəsində qızıl medal qazanan əlcəzairli boksçu İmane Xelif bioloji cinsiyyəti ilə bağlı müzakirələrlə yenidən gündəmə gəlib.
İndex.az xəbər verir ki, Fransız jurnalist Djaffar Ait Aoudia tərəfindən əldə edilən və ictimaiyyətə açıqlanan tibbi hesabata görə, Xelifin daxili testisləri və XY xromosomları olduğu, bunun 5-alfa redüktaz çatışmazlığı deyilən bir vəziyyəti göstərdiyi ifadə edildi.
Qeyd edək ki, Parisdəki Kremlin-Bicêtre Xəstəxanası və Əlcəzairdəki Mohamed Lamine Debaghine Xəstəxanasının mütəxəssisləri tərəfindən 2023-cü ilin iyun ayında hazırlanan hesabatda Xelifin uşaqlıq yolu olmadığı və MRT müayinələrində “mikro penis” olaraq təyin olunan bioloji xüsusiyyətə sahib olduğu iddia edilirdi.
Daha əvvəl Xelifin XY xromosomlarına malik olması gündəmə gətirilib və Beynəlxalq Boks Assosiasiyası (IBA) onun 2023-cü ildə Yeni Dehlidə keçirilən Dünya Çempionatında qızıl medal uğrunda mübarizədə iştirakını qadağan edib.