AZ

Peskov: "Maya Sandu Moldovanın prezidenti deyil"

“Xanım Maya Sandu Moldova prezidenti deyil”.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu fikirləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov səsləndirib. Onun sözlərinə görə, ölkə əhalisinin əksəriyyəti ona səs verməyib. O qeyd edib ki, söhbət çox parçalanmış cəmiyyətdən gedir və bu ziddiyyətlər davam edəcək.

“Maya Sandu, anladığımız qədər, ölkəsinin prezidenti deyil, çünki ölkənin özündə əhalinin əksəriyyəti ona səs vermədi və biz çox, çox parçalanmış cəmiyyətdən danışırıq”. Peskov bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, Moldovada prezident seçkiləri kampaniyasını demokratik və ədalətli adlandırmaq olmaz. Seçkilər zamanı çoxlu manipulyasiyalar olub. O qeyd edib ki, Rusiyada yaşayan yüz minlərlə Moldova vətəndaşına səsvermədə iştirak etmək imkanı verilməyib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr