Bakı. Trend:
Bu il bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerlişirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xaricipodratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə(xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı)xərcləri 1116,5 milyon dollar təşkil edib. Bu, ötən il iləmüqayisədə 0,23% azalma deməkdir.
Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə daircari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatınaistinadən xəbər verir.
Hesabat dövründə bp-nin 241 kiçik və orta müəssisə üzrə xərcləri338,6 milyon dollar, 28 dövlət şirkəti üzrə xərcləri isə 35 milyondollar təşkil edib.
Həmçinin bp yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisəüzrə) çərçivəsində 476,9 milyon dollar, 86 şirkət üzrə xaricipodratçıların ölkə daxilində məsrəflərinə isə 266 milyon dollarxərcləyib.