AZ

Uşaq evlərində qoturluq xəstəliyi kütləvi yayılıb? - RƏSMİ 

Son günlər 3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı barədə məlumatlar var.

Digər uşaq evlərində adıçəkilən xəstəliyin yayılması halları müşahidə edilirmi?

TƏBİB-dən  bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub.

Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Sosial Xidmətlər Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib :

“Bir müddət öncə 3 saylı Uşaq Evi sosial xidmət müəssisəsinin 5 nəfər sakininin 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində müayinəsi təşkil edilib. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub və 10 gün müddətində stasionar müalicə ediliblər.

Daha sonra isə uşaqlar laborator müayinəyə əsasən sağalma ilə müəssisəyə qaytarılıblar. Digər uşaq evi sosial xidmət müəssisələrində sözügedən xəstəlik halına rast gəlinməyib.

Bildiririk ki, müəssisələrimizdəki uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir”./“Cebheinfo.az”




Seçilən
21
referans.az

1Mənbələr