AZ

Telefonunu xilas etmək istəyərkən öldü

Diyarbəkirdə bir evdə sobada baş verən yanğın 15 yaşlı Erman Çiftçinin ölümünə səbəb olub.

Sherg.az xəbər verir ki, yanğın dünən səhər saatlarında Çüngüş mahalının Geçit məhəlləsindəki bir evdə baş verib.

Sobadan çıxan qığılcımların ətrafa yayılması nəticəsində yanğın baş verib.

Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadası və tibb qrupları sövq edilib.

Bu vaxt  Anadolu Liseyinin 2-ci sinif şagirdi Erman Çiftçi içəridə unutduğu telefonunu almaq üçün evə girib və çölə çıxa bilməyib.

Yanğın nəzarətə götürülüb və söndürülüb. Hərəkətsiz vəziyyətdə çıxarılan Ermanın həyatını itirdiyi müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Seçilən
24
sherg.az

1Mənbələr