AZ

Nigar Alimova Bakıda vətəndaşları qəbul edəcək

Sabah İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova qurumun inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 ünvanında) Bakı şəhərindən olan vətəndaşları qəbul edəcək. SİA Dövlət Xidmətinə istinadən xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012)-5108430(daxili:7265) və 055 3036127 nömrəli telefonlarla, həmçinin, [email protected][email protected] elektron ünvanları vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Seçilən
27
sia.az

1Mənbələr