AZ

“8 Noyabr- Tarixi qələbə, Zəfər günü”

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq noyabrın 5-də 8 Noyabr Zəfər günü ilə əlaqədar YAP Masallı rayon təşkilatı aparatında Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və veteranların iştirakı ilə “8 Noyabr-Tarixi qələbə, Zəfər günü” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Ulu öndər Heydər Əliyevin eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıdan gələn 8 Noyabr Zəfər günü, 9 noyabr Bayraq günü və 21 noyabr Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Natiq çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də  uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.

Bu möhtəşəm bayramlar münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edən Seyfəddin Əliyev sonda qeyd etdi ki; “Bu gün Azərbaycan Qarabağına, Qarabağ Azərbaycanına qovuşdu, millətimizin, xalqımızın uzaqgörənliyi və müdrikliyi sayəsində tarixi Zəfərə imza atıldı, milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş soyqırım aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yerini göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan ulu öndər Heydər Əliyev siyasi kursu, o kursun layiqli davamçısı Prezident cənab İlham Əliyev qətiyyəti, siyasi iradəsi və güclü milli Ordumuz, onun əsgər və zabitləridir. Sevinirik ki, qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi milli mənsubiyyəti, etnik çərçivələri aşaraq, Prezident cənab İlham Əliyevin ifadə etdiyi kimi bütün Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirdi. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Zəfər Möhtərəm Prezidentimizin Dəmir Yumruğunu böyük xalqımız, ulu millətimiz və bütöv, müstəqil Azərbaycanımız üçün daha güclü, daha yenilməz birlik, bütövlük, əzəmət və qələbə rəmzinə çevirdi!

Tədbirdə Şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Şəhid anası Mehriban Sultanova çıxış edərək bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq.  Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi  və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.  Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Sonra Şəhid atası Teymur Hüseynov, Vətən müharibəsi iştirakçılarından Nazim Cəfərov, Masallı rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Nurlan Muradov, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov və başqaları çıxış edərək bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman hiss etdiklərini bildiriblər. Qazilərimiz canlarından keçən şəhidlərimizlə, onların ataları, anaları ilə qürur duyduqlarını, onlarla fəxr etdiklərini dilə gətiriblər. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər.

Seçilən
36
50
ikisahil.az

10Mənbələr