AZ

Arif Əsədov: "Mahirin inkişafına bu amil təsir edir"

“Mahirin bu cür çıxışı yığmamız adına da sevindirici haldır. Çünki legionerimizin stabil oyunu və formada olması millimizin performansına da təsir edəcək”.

Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Mahir Emrelinin çıxışını dəyərləndirib: “Onun stabil olaraq əsas heyətdə yer alması hamımızı sevindirir. Millimizin üzvü artıq “Nürnberq”də qolları sıralayır. Bu, Emrelinin necə istedadlı futbolçu olduğunu bir daha təsdiqləyir. O, Almaniya çempionatına qısa zamanda uyğunlaşmağı bacarıb. Mahir “Legiya”da olarkən də özünü sübut etmişdi. Tək problem Emrelinin zədəyə meylli olmasıdır. Dua edirik ki, yenidən zədələnməsin. Həmyerlimiz nə qədər yuxarı qalxsa da, başını aşağı salıb oyununu oynamalı, daha da inkişaf etməyə çalışmalıdır. Çünki onun potensialı çox böyükdür. Mahirin inkişafına həmin zədələr və bizə xas olan xarakterlər təsir edir. Amma düşünürəm ki, o, artıq püxtələşib, dünyagörüşü artıb. Futbol həyatı qısadır. Emreli bundan sonrakı karyerasını düşünməlidir. Onun irəli getməsi Azərbaycan futbolunda yeni bir səhifə, digər həmyerlilərimizə isə yol açacaq”.

Xatırladaq ki, Mahir Emreli 2-ci Bundesliqada çıxdığı son 4 matçda 4 qol vurub.

İsmayıl Xeyrullayev

“Fənərbaxça”da ciddi itki

Veteran cüdoçumuz 12-ci dəfə dünya çempionu olub

Millimizin baş məşqçisi: "Belə oyunla heç nəyə nail ola bilmərik"

Millimizin oyun təqvimi bəlli olub

Neymar yenə zədələndi

Seçilən
13
apasport.az

1Mənbələr