AZ

Qarşıdakı aylarda koronavirusa yoluxma yenidən artacaq? - İnfeksionist DANIŞDI

Koronavirus 2019-cu ildən bəri həyatımızdan tamamilə çıxmayıb. 

Düzdür, hər il yay aylarında COVID-19-dan xeyli uzaq qalırıq. Lakin payız və qış aylarında vəziyyət dəyişir. Belə ki, havanın soyuması bir çox virusun aktivləşməsinə səbəb olur. Təəssüf ki, bunlarında başında koronavirus gəlir. Artıq bir neçə ildir payız və qış fəslində koronavirusun yeni ştamları ilə qarşılaşırıq. Üstəlik, hər dəfə də yoluxma sayı kəskin yüksəlir. 

Bu isə hər payız mövsümü gələndə insanların narahatlığına gətirib çıxarır. Havanın temperaturunun aşağı düşməsi və qarşıdan soyuq ayların gəlməsi koronavirusla bağlı narahatlığı yenidən artırır. 

Maraqlıdır, yenə də qış aylarında koronavirusa yoluxma hallarında artım müşahidə olunacaq? 

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O, qarşıdakı aylarda koronavirusa yoluxma sayında artım olacağı ehtimalını istisna etməyib:

361586

"Payız-qış mövsümündə koronavirusa yoluxma hallarında artım müşahidə oluna bilər. Hansı ki, qrip və digər xəstəliklərə də yoluxanların sayının artma ehtimalı var. 

Nəzərə almaq lazımdır ki, həm soyuq havada virus üçün əlverişli şərait yaranır, həm də viruslar aktivləşir. Bütün bunlar isə payız-qış mövsümünə koronavirus və digər xəstəliklərin yayılmasına gətirib çıxarır". 

Pərviz

Seçilən
23
hit.az

1Mənbələr