Hərbi texnikaları getdikcə tükənən və bu səbəbdən öz əsgərlərini ucuz motosikletlərlə ölümə göndərən rus ordusu indi daha fərqli bir üsula əl atıb.
“AzPolitika”xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə rus hərbçilərin elektrikli skuterlərlə hərbi əməliyyatlara yollandıqları görünüb. Sürət baxımından motosikletlərdən xeyli geri qalan bu skuterlərin döyüş effektivliyi isə şübhə doğurur.
Bundan əvvəl xarici medialarda yayımlanan videolar Ukrayna dronlarının açıq hədəfi halına gələn motosikletlər kimi, bu skuterlərin də rus ordusuna bir fayda gətirməyəcəyini deməyə əsas verir. Böyük ehtimalla bir müddət sonra bu skuterlər üzərində həlak olan rus hərbçilərin acınacaqlı görüntülərini xarici mediadan izləməyə başlyacağıq...
“AzPolitika.info”