Aktual.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
"Burada qeyri-adi elementlər yoxdur və söhbət mümkün qədər kommunikasiyaların açılmasından gedir. Üçüncü tərəfin nəzarəti təhlükəsizlik baxımından və ya başqa formada istisna edilir, Ermənistanın suverenliyi və bu marşrutlar üzərində tam nəzarət qorunur”, - nazir müavini bildirib.
Azərbaycanla danışıqlarda yeniliklər barədə açıqlama verən Ovannisyan qeyd edib ki, son vaxtlar çox gərgin görüşlər olub:
"Amma hələ ki, nəticələr barədə danışa bilmərəm. Dövrün görüşlər və təmaslar baxımından görünməmiş dərəcədə aktiv olduğunu görmüsünüz. Son təkliflər paketi Azərbaycana göndərilib və İrəvan cavab gözləyir”.