Qlobal bazarlarda bütün diqqət ABŞ seçkilərinə yönəlib.

İndex.az xəbər verir ki, ABŞ-da prezident seçkilərinə sayılı saatlar qaldığından, Harris və Tramp seçkinin taleyini müəyyən edəcək ştatlarda kampaniya fəaliyyətlərini bu gün də davam etdirəcəklər.

Həftənin ilk ticarət günündə “S&P 500” birjası bir müddət 0,22% bahalaşsa da, günü mənfi 0,3% ilə tamamlayıb.

ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi təxminən 10 baza bəndi azalıb.

Bloomberg Dollar İndeksi 0,42% ilə sentyabrın sonundan bəri ən kəskin gündəlik itkisini yaşayıb.