AZ

Ermənistan yeni qoşun növü YARADIR – İrəvan növbəti təxribat HAZIRLIĞINDA

Ermənistan hökuməti oktyabrın 31-də keçirilən iclasda “Müdafiə haqqında” qanunla bağlı əlavələr paketini təsdiqləyib. Bu dəyişikliklə Ermənistanda ərazi müdafiə sistemini kökündən dəyişdirilir.

Yeni dəyişikliklərə əsasən, mövcud könüllü sistemi Ərazi Müdafiə Qoşunları ilə əvəzlənəcək.
 

MÖVZU İLƏ BAĞLI:

SORĞU: Ermənilər Paşinyandan razıdırmı?


Qanunda, Ermənistan ərazisində strateji dərinliyin olmamasının yerli könüllü ərazi müdafiə qüvvələrinin yaradılmasını tələb etdiyi vurğulanıb. Yeni bölmələr konkret rayonlardakı hərbi hissələrdə formalaşacaq və ordu korpusları tərəfindən əlaqələndiriləcək. İddialara görə onların əsas vəzifəsi təhdidlər zamanı Silahlı Qüvvələrin nizami bölmələrinə dəstək vermək olacaq.

Görəsən, Ermənistan Ərazi Müdafiə Qoşunları yaratmaqda məqsədləri nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Ermənistanın Ərazi Müdafiə Qoşunları yaratmaq niyyəti ordudakı əsgər çatışmamazlığını doldurmaq məqsədi daşıyır:

“Aydın məsələdir ki, Ermənistan silahlı qüvvələrə heç kimi cəlb edə bilmir. Ermənilər orduda xidmətdən kütləvi şəkildə yayınırlar. Bu səbəbdən də erməni ordusu ciddi əsgər çatışmazlığı hiss edir. Gənclər işsizlik və yoxsulluq səbəbindən xaricə qaçır. Ona görə də Ərazi Müdafiə Qoşunları yaratmaqla hərbi qüvvələrini gücləndirməyi düşünürlər. Zənn edirlər ki, bununla guya nəyəsə nail ola biləcəklər”.

Deputat bu qüvvələrin Azərbaycana qarşı təxribatlara cəlb ediləcəyini də istisna etməyib:

“İrəvan bu qüvvələrdən də təxribat vasitəsilə istifadə edə bilər. Bu istisna deyil. Amma onlar bir fişəng görən kimi silahlarını yerə atıb qaçacaq. Çünki ermənilərdə artıq qorxu əsas faktora çevrilib”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr