AZ

Donald Tramp uduzacağını gözə alıb

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə məğlub olma ehtimalını qəbul etdiyini bildirib.

Eyni zamanda, o, hazırda “əhəmiyyətli üstünlüyə” malik olduğunu və seçkilərin nəticələrindən asılı olmayaraq maraqlı keçəcəyini əmin edib.

“Düşünürəm ki, mənim kifayət qədər əhəmiyyətli üstünlüyüm var. Bəli, itirməyi gözə ala bilərsiniz. Pis şeylər ola bilər. Amma maraqlı olacaq”, – deyə Tramp “ABC News”a bildirib.
Qeyd edək ki, bu gün, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. İctimai rəy sorğularına görə, nə Donald Tramp, nə də Demokratlar Partiyasının namizədi Kəmalə Harrisin açıq üstünlüyü yoxdur.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr