2025-ci il bir çox insan üçün romantik mənada böyük dəyişikliklər və yeniliklər vəd edir.
Növbəti il hansı bürclər sevgisini tapacaq?
Sfera.az həmin bürcləri təqdim edir.
Buğa bürcü - 2025-ci il xüsusilə onlar üçün sevgi və münasibətlər baxımından məhsuldar olacaq. Buğalar romantik münasibətlərdə sürprizlər gözləyə bilərlər. Onlar həm mövcud münasibətləri dərinləşdirəcək, həm də yeni sevgilərlə bağlı cəsarətli və qətiyyətli addımlar atacaqlar. Xüsusilə yay aylarında yeni münasibətə başlayacaq olan buğalar 2025-ci ilin sonunda evlənməyə qərar verə bilərlər.
Şir bürcü – Onların eşq həyatı 2025-ci ildə parlaq bir dövrə girəcək. İlin əvvəlindən başlayaraq köhnə incikliklər bitəcək. Sevgi məsələsində istədiklərini tapan şirlər cəsarətlə evlilik düşüncələrini həyatlarına daxil edəcəklər. Xüsusilə sentyabr və oktyabr aylarında evlənmək üçün böyük imkanlar yaranacaq.
Xərçəng bürcü - 2025-ci il ərzində ailə həyatı qurmaq istəyəcəklər. Xərçəngin daxilən hazır olduğu bu dövrdə evlilik fikri ciddi şəkildə ön plana çıxacaq. Xüsusilə mart və iyun aylarında böyük bir romantik çevrilmə yaşayacaqlar.
Tərəzi bürcü – Növbəti il Venera planetinin böyük dəstəyi ilə yeni münasibətə başlayacaqlar. Xüsusilə yay aylarında romantik sürprizlərə açıq olan tərəzilər özlərini evliliyə də hazır hiss edəcəklər. 2025-ci il ərzində onların birgə səyahətləri münasibətlərini daha da gücləndirə bilər.
Qız bürcü - 2025-ci ildə sevgi və evliliklə bağlı çox şanslı bir il yaşayacaqlar. Onlar ilin əvvəlindən tanış olduqları yeni insanla harmoniyada olacaqlar. İl boyu romantik və ciddi münasibət axtaracaqlar. 2025-ci ilin sonlarına doğru bu münasibətin evliliyə çevrilmə ehtimalı yüksəkdir.
Türkan