AZ

Türkiyəli voleybolçunun Azərbaycandakı HƏDƏFİ

“Çox xoşbəxtəm”.

Bunu İdman.bizə “Abşeron”un türkiyəli voleybolçusu Ecem Aknam deyib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan voleybol üzrə Azərbaycan kubokunun qalibi qələbə sevincini bölüşüb. O bildirib ki, mövsümə titulla başlamaq yerinə düşüb: “Biz yaxşı komandayıq, meydanda həmişə həll yolları tapa bilirik. Məncə, bu, hər kollektiv üçün açardır. Bir-birimizə kömək edirik və komanda oyunu göstəririk. Əvvəldən də kuboku qazanacağımıza inanırdıq. Hər oyuna qələbə üçün çıxıracağıq. Çünki biz döyüşməyi sevən komandayıq”.

İlk dəfə legioner həyatı yaşayan Aknam növbəti hədəfini də açıqlayıb. O bildirib ki, Azərbaycan kubokunun ardınca ölkə çempionluğunu da bayram etmək istəyir.

Qeyd edək ki, “Abşeron” finalda “Gəncə”yə 3:0 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr