AZ

Baş həkimə qarşı dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi

Baş həkimə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən şəxsin məhkəmə prosesi yekunlaşıb.

Təqsirləndirilən şəxsin vəkili Samirə Tağıyevanın "Unikal"a verdiyi  məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə  Məhərrəmov Cənnət Elşən oğluna bəraət verilib. Vəkilin bildirildiyinə görə, hüquqlarını müdafiə etdiyi müvəkkilinin cinayət işində  zərərçəkən kimi tanınan Happy Smile Diş Klinikasının baş həkimi Qurbanova Natəvan Mirtahir qızı ilə müqaviləsi olub və müqaviləyə görə Cənnət Məhərrəmov klinikaya stomotoloji aparat verməli olub.

Ancaq Cənnət Məhərrəmov müəyyən səbəblərdən bu müqavilənin öhdəliklərini tam yerinə yetirə bilməyib. Yəni onlar arasında mülki münasibətlərdən irəli gələn bir əməkdaşlıq olub. 

Qeyd edək ki, Cənnət Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilirdi.

Seymur Əli

Seçilən
12
50
unikal.az

10Mənbələr