AZ

Roman Qriqorçukla Ukrayna klubu maraqlanır

"Neftçi"dən ayrılan ukraynalı baş məşqçi Roman Qriqorçuk karyerasını ölkəsində davam etdirə bilər.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, iddiaya görə, Premyer Liqa təmsilçisinin rəhbərliyi hazırda komandaya rəhbərlik edən ispaniyalı Andres Karraskonun işindən narazıdır. Onlar komandanın sərgilədiyi oyunun keyfiyyətindən də razı deyillər.

Lakin qeyd olunur ki, Qriqorçukun namizədliyi hələlik Çerkass klubunda müzakirə səviyyəsində mövcuddur. LNZ hələlik Karrasko ilə yoluna davam etmək niyyətindədir.

Qeyd edək ki, LNZ Ukrayna Premyer Liqasında 12 matçdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb. Cari ilin yayında "Neftçi" ilə müqavilə imzalayan Roman Qriqorçuk oktyabrın 7-də istefaya göndərilib.

Seçilən
19
1
bakivaxti.az

2Mənbələr