Ermənistan vətəndaşlarının təxminən 60%-i baş nazir Nikol Paşinyanın işini bəyənmir.
Redaktor.az Ermənistan KİV-inə istinadla xəbər verir ki, bunu “MPG/Gallup International Аssociation”ın oktyabrın 24-dən 30-dək keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğuda iştirak edən 1100 respondentdən 14,1%-i baş nazirin işindən "birmənalı razı", 20,4%-i "demək olar ki, razı”, 16,1%-i "demək olar ki, narazı olduğunu", 41,5%-i isə "birmənalıq olaraq bəyənmədiyini" bildirib.
Vətəndaşların yarıdan çoxu həmçinin prezidentin, hökumətin və parlamentin işini mənfi qiymətləndirib. Parlament və prezidentin fəaliyyətini tam müsbət qiymətləndirənlər yalnız 8,6% təşkil edib.