"Zəngəzur dəhlizi - Yeni İpək Yolunun mühüm hissəsi" mövzusunda keçirilən beynəlxalq konfransda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətini vurğulayıb. O, çıxışında bildirib ki, “Zəngəzur dəhlizi yalnız Azərbaycanın deyil, bütün regionun iqtisadi inkişafında mühüm rol oynayacaq və beynəlxalq ticarət marşrutlarının genişlənməsinə imkan tanıyacaq.”
QHT.az xəbər verir ki, Sabir Bağırov dəhlizin Azərbaycan və Ermənistan Respublikaları, eləcə də dünya ölkələri üçün faydalarını xüsusi qeyd edib.
Azərbaycan Respublikası üçün əsas üstünlüklər:
- Naxçıvan Muxtar Respublikası ilə ölkənin digər bölgələri arasında yükdaşınma xərclərinin və vaxtın azalması;
- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tranzit gəlirlərinin artması.
Ermənistan Respublikası üçün faydalar:
- Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə çıxışın təmin edilməsi;
- Tranzit gəlirlərinin artması imkanı.
Dünya üçün yaratdığı imkanlar:
- İpək Yolunun ölkələri də daxil olmaqla, bütün dünya dövlətləri üçün yeni nəqliyyat marşrutunun açılması və potensial iqtisadi qazanc.
Qeyd edək ki, konfrans, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən təşkil olunub.
Pərvanə Fərhadqızı