Litva Ukraynaya “minatəmizləmə koalisiyası” çərçivəsində yolsuzluq avtomobilləri və minatəmizləmə avadanlıqları təqdim edib.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının müdafiə naziri Laurinas Kaçiunas məlumat verib.
“Ukraynaya verilən avadanlıq sadəcə alətlər dəstindən daha çox şeydir. Bu, bizim Ukraynaya güclü dəstəyimizi simvollaşdırır”, – Kaçiunas bildirib.
O əlavə edib ki, bu qərar yalnız ilk addımdır və Litva Ukraynanın hərbi potensialını gücləndirməkdə davam edəcək.