AZ

Şimali Kipr dövlətinin prezidenti Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcək

Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar noyabrın 6-da Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (OTT) növbəti sammitində iştirak edəcək. Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bu məqsədlə Bişkekə səfərə gələn Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı Manas Beynəlxalq Hava Limanında (Bişkek) Qırğız Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini Adılbek Kasıməliyev qarşılayıb.

Sammitdə həmçinin təşkilata üzv olan beş dövlətin - Türkiyə Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Özbəkistan Respublikasının rəhbərləri, eləcə də təşkilatın müşahidəçi ölkələrinin rəhbərləri iştirak edəcəklər..

Oxuməni.az

Seçilən
29
oxumeni.az

1Mənbələr