AZ

Nəsimi rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib ŞƏRH

YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 8 noyabr - Zəfər Günü münasibətilə Nəsimi rayon şəhid ailələri, qaziləri və I Qarabağ müharibəsi qaziləri ilə səhər yeməyində görüş keçirilib. Görüşdə YAP Nəsimi rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Vətən Müharibəsi Şəhid ailələri və qaziləri və I Qarabağ müharibəsi qaziləri iştirak edib.

Görüş öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək misilsiz hərbi əməliyyatlardan olmuşdur.

A. Süleymanov vurğulayıb ki, hər zaman xalqımıza qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edirik, eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrinin kədərlərini də bölüşürük.

Sonda Şəhid atası Hüseynzadə Həmidağanın atası Bağı Hüseynzadə onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Seçilən
13
32
sesqazeti.az

10Mənbələr