AZ

İntizam Komitəsinin bugünkü qərarları

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 12-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan”ın 20 nömrəli futbolçusu Turan Vəlizadə 2-ci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib.

Eyni oyunun 30-cu dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimələnib.

“Turan Tovuz” – “Qarabağ” matçında “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə  bölgə təmsilçisi 1500 manat cərimə edilib.

Sözügedən görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” 800 manat cərimələnib.

Bu oyunda “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərərin “Qarabağ” tərəfindən ödənilməsinə qərar verilib.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. 

Seçilən
25
teleqraf.com

1Mənbələr