Cari ilin yanvar sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirtkətləri tərəfindən 1 milyard 23 milyon 707 min manat sığorta haqqı toplanılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, toplanan sığorta haqqından 553 milyon 746 min manat sığorta ödənişi edilib.
Bəzi sığorta şirkətləri yığımlarından dəfələrlə az sığorta ödənişi edib. Həmin sığorta şirkətləri aşağıdakılardır:
“İpək Yolu Sığorta” ASC bu dövrdə 5 milyon 261 min manat sığorta haqqı toplayıb, 247 min manat sığorta ödənişi edib. (Təxminən 21,3 dəfə az).
“Meqa Həyat Sığorta” ASC 6 milyon 941 min manat sığorta haqqı toplayıb, 703 min manat sığorta ödənişi edib. (Təxminən 9,9 dəfə az).
“Azsığorta” ASC 7 milyon 75 min manat sığorta haqqı toplayıb, 1 milyon 156 min manat sığorta ödənişi edib. (Təxminən 6,1 dəfə az).
“Qala Sığorta” ASC 61 milyon 423 min manat sığorta haqqı toplayıb, 11 milyon 369 min manat sığorta ödənişi edib. (Təxminən 5,4 dəfə az).
“Qala Həyat Sığorta” ASC 18 milyon 945 min manat sığorta haqqı toplayıb, 3 milyon 552 min manat sığorta ödənişi edib. (Təxminən 5,3 dəfə az).
“Aqrar Sığorta” ASC 12 milyon 268 min manat sığorta haqqı toplayıb, 3 milyon 771 min manat sığorta ödənişi edib. (Təxminən 3,2 dəfə az).
“Atəşgah Sığorta” ASC 46 milyon 972 min manat sığorta haqqı toplayıb, 17 milyon 394 min manat sığorta ödənişi edib. (Təxminən 2,7 dəfə az).
“Azərbaycan Sənaye Sığorta” ASC 19 milyon 228 min manat sığorta haqqı toplayıb, 7 milyon 199 min manat sığorta ödənişi edib. (Təxminən 2,7 dəfə az).
“Meqa Sığorta” ASC 27 milyon 354 min manat sığorta haqqı toplayıb, 10 milyon 489 min manat sığorta ödənişi edib. (Təxminən 2,6 dəfə az).
“AtaSığorta” ASC 7 milyon 903 min manat sığorta haqqı toplayıb, 3 milyon 98 min manat sığorta ödənişi edib. (Təxminən 2,5 dəfə az).
“Paşa Sığorta” ASC 247 milyon 231 min manat sığorta haqqı toplayıb, 103 milyon 261 min manat sığorta ödənişi edib. (Təxminən 2,4 dəfə az).
“Xalq Sığorta” ASC 16 milyon 704 min manat sığorta haqqı toplayıb, 7 milyon 763 min manat sığorta ödənişi edib. (Təxminən 2,2 dəfə az).
Əvəz Həsənov