AZ

Pedaqoji Universitetdə layihələrin idarə olunmasına aid görüş keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin sədri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin baş məsləhətçisi Əli Tağıyevlə magistrantların görüşü keçirilib.

Görüşdə ADPU-nun MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının II tədris ilinin TTİ2325M1 qrupunun magistrantları iştirak ediblər.

Əli Tağıyev magistrantlara layihələrin idarə edilməsində uğur faktorları, layihə təkliflərinin hazırlanması, son illərdə gənc nəslin maraq dairəsinə daxil olan layihələr haqqında geniş məlumat verib, həmçinin, layihələrin idarə olunması üzrə praktik nümunələr təqdim edib.

Sonda qonaq Layihələrin idarə olunması fənnini tədris edən müəllim, b.ü.f.d Şəbnəm Əsədovayla birgə layihə idarəçiliyi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Seçilən
21
1
tehsil.biz

2Mənbələr